Xəstəxanaya yerləşdirilən şair Məmməd İsmayıl gələn həftə evə buraxılacaq

Xəstəxanaya yerləşdirilən şair Məmməd İsmayıl gələn həftə evə buraxılacaq.

Bu barədə “Report”a onun qızı İntizar İsmayıl məlumat verib.

Qızı qeyd edib ki, hazırda atasının müalicəsi palata şəraitində davam edir:

“Xəstəxanaya gətiriləndə səhhəti ağır olsa da, indi həkimlərin sayəsində vəziyyəti nisbətən yaxşıdır”.

İntizar İsmayıl atasında yaddaşla bağlı problemin də olduğunu deyib.

“Bəzən yaxın keçmişdə olanları unudur. Özü, ailəsi və yaradıcılığı ilə bağlı uzaq keçmişdə olanları isə çox yaxşı xatırlayır”.

Qeyd edək ki, M.İsmayıl iyunun 30-da xəstəxanaya yerləşdirilib. O, bundan öncə də səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicəsi ev şəraitində davam etdirilmişdi.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More