“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasındakı rəqibi “Aris” (Yunanıstan) Finlandiya millisinin futbolçusu Frederik Yenseni transfer edib.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.