Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.

“Report”un məlumatına görə, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq “Tsukuba” (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib.

Milli ardınca İsveçrə təmsilçisi “Lozanna”ya şans verməyib – 21:11.

Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More