Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal əldə edib.

“Report”un məlumatına görə, yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.

Finalda Çin-Taybeyini təmsil edən rəqibinə məğlub olan S.Zeynalov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, turnir Los Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More