Braziliya Prezidenti: ABŞ əvəzinə başqa tərəfdaşlar tapacağıq

Braziliya ixracatını yönləndirəcək və ticarəti ÜDM-in yalnız 1,7 %-ni təşkil edən ABŞ əvəzinə yeni tərəfdaşlar tapacaq.

“Report” “TV Record” telekanalına istinadən xəbər verir ki, bu barədə prezident Luis İnasiou Lula Da Silva avqustun 1-dən ABŞ-nin Braziliya mallarına 50 % rüsum tətbiq olunduğunu elan etdikdən sonra bildirib.

“Braziliyanın ABŞ ilə ticarəti ÜDM-in yalnız 1,7 %-ni təşkil edir. Bu göstəriciləri Braziliya iqtisadiyyatı üçün həyati adlandırmaq olmaz, – o, müsahibəsində qeyd edib.

“Bizbaşqa tərəfdaşlar axtaracağıq”, – dövlət başçısı vurğulayıb.

Prezidentin sözlərinə görə, Braziliya ABŞ ilə münasibətləri qiymətləndirir, lakin suverenliyinin zərərinə deyil.

“Biz qarşılıqlı prinsipə əməl etməkdən imtina etməyəcəyik. Ancaq hələ də razılığa gəlməyə çalışacağıq”, – Lula da Silva vurğulayıb. O, Braziliya məhsullarının Cənub-Şərqi Asiya Dövlətləri Birliyi (ASEAN) ölkələrinə tədarükü üçün müqavilələr bağlamağı gözləyir. Bu məqsədlə Prezident oktyabr ayında ASEAN sammitində iştirak edəcək.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More