Cəlilabadda evdə yanğın olub

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində Cəbrail Həşimova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfildən alışıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində evin 88 kvadratmetr sahəsi və əşyaları yanıb. Xəsarət alan olmayıb.

Yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More