Danimarka Moldova SQ-nin gücləndirilməsi üçün 7 milyon dollar ayıracaq

Danimarka və Moldova ikincilərib Silahlı Qüvvələrinin (SQ) gücləndirilməsinə yönəlmiş hərbi əməkdaşlıq sazişi imzalayıblar.

“Report” IPN-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Kişineuda keçirdiyi mətbuat konfransında məlumat verib.

Bu saziş çərçivəsində krallıq hökuməti dörd il müddətinə 7 milyon ABŞ dolları ayıracaq. Bu vəsaitin hərbi təlimlərə, eləcə də kiberhücumlara qarşı mübarizəyə yönəldiləcəyi bildirilir.

Poulsenin sözlərinə görə, noyabrın 1-dən Moldovada Danimarkanın hərbi attaşesi fəaliyyətə başlayacaq. Nazir qeyd edib ki, Danimarka Moldova ilə əməkdaşlıq çərçivəsində Ukraynaya dəstək imkanlarını da araşdırır və bu işdə Moldova və onun müdafiə sektorunun dayanıqlığının gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More