ABŞ Ermənistanda müdafiə məsələləri üzrə yeni attaşe təyin edib, onunla respublikanın müdafiə naziri Suren Papikyan görüşüb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İyulun 11-də müdafiə naziri Suren Papikyan ABŞ-nin Ermənistanda səfiri Kristina Kvini və yeni təyin olunmuş müdafiə məsələləri üzrə attaşe polkovnik Metyu Krounu qəbul edib”, – məlumatda bildirilib.
Onlar Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Mənbə: Report.Az
Comments are closed.