Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşib

Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşib.

Bu barədə “Report”a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.

Ölkə çempionatı sentyabrın 11-də start götürəcək. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.

Qeyd edək ki, ötən mövsüm I Liqanın qalibi adını “Qəbələ” komandası qazanmışdı.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More