Hakan Fidan: “Terrorsuz Türkiyə” hədəfi istiqamətində bu gün çox mühüm addım atıldı

“Terrorsuz Türkiyə” hədəfi istiqamətində bu gün çox mühüm və müsbət addım atıldı.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “X”də yazıb.

O qeyd edib ki, türk xalqı bu müsbət irəliləyişin terrorun daimi şəkildə aradan qalxmasını təmin edəcək bir prosesə çevrilməsi arzulayır.

“Prezidentimiz tarixi liderlik və MHP sədri Dövlət Baxçalı ilə birlikdə güclü və qətiyyətli iradə nümayiş etdirdi. Bu iradəni həyata keçirməyə çalışan bütün dövlət rəsmilərimizi təbrik edirəm. KCK (Kürdüstan İcmalar İttifaqı – red) bütün komponentləri və elementləri ilə ölkəmizə, millətimizə və bölgəmizə təhlükə yaratmağı dayandırana qədər ayıq-sayıq olmağa davam edəcəyik”, – H.Fidan vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More