Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib

Paris Apellyasiya Məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğu haqda açıqlamalar verməkdə təqsirli bilinən jurnalist Nataşa Reyə bəraət verib.

“Report”un xəbərinə görə, bu barədə Reyin vəkili Fransua Danqlean “X” sosial şəbəkəsində məlumat verib.

“Nataşa Reyin Bricit və Jan-Mişel Tronye üzərində qələbəsi: apellyasiya məhkəməsi Nataşa Reyə bəraət qazandırdı”, – o bildirib.

Qeyd olunur ki, Rey indi Fransa rəhbərinin həyat yoldaşını dələduzluqda ittiham edərək, onu məhkəməyə vermək niyyətindədir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More