“Qarabağ” növbəti yoxlama oyununu keçirib

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gəlib

Qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib.

“Köhlən atlar” bu gün ilk matçda rəqibinə qalib gəlmişdi – 3:2.

Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzub – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More