Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əlaqələrin dayandırılması haqqında qanunun qəbulundan sonra qurumla yeni formatda əməkdaşlıq etmək niyyətindədir.

“Report” “Al Arabia”ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Agentliklə əməkdaşlığımız dayanmayıb, lakin yeni format alacaq” deyən Əraqçi əlavə edib ki, nüvə obyektlərinin monitorinqi ilə bağlı müraciətlər təhlükəsizlik məsələləri nəzərə alınmaqla, ayrı-ayrılıqda nəzərdən keçiriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More