ABŞ Prezidenti Donald Tramp Meksika və Avropa İttifaqından (Aİ) gələn mallara 30% rüsum tətbiq etdiyini açıqlayıb.
“Report”un məlumatına görə, o, bu barədə şənbə günü Mexiko və Brüsselə göndərdiyi iki mesajda bildirib.
“Avqustun 1-dən etibarən biz Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq üçün Aİ ölkələrindən gələn mallara cəmi 30% rüsum tətbiq edəcəyik”, – o yazıb.
Eyni zamanda Tramp danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib.
Oxşar mesajı Mexikoda da alıblar. Məktubların surətləri ABŞ Prezidentinin “Truth Social” şəbəkəsindəki hesabında dərc edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.