ABŞ-də vəbadan ölüm qeydə alınıb

ABŞ-nin Arizona ştatında həkimlər pnevmonik vəbadan xəstə ölümünü qeydə alıblar.

“Report” xəbər verir ki, bu barədə Kokonino dairəsinin Səhiyyə Departamenti feysbukda məlumat yayıb.

Qeyd olunur ki, bu, 2007-ci ildən bəri rayonda bu xəstəlikdən ilk ölüm hadisəsidir. Ölənin kimliyi barədə məlumat verilmir.

Pnevmonik vəba bu xəstəliyin ən ağır və ən az yayılmış formasıdır, tənəffüs sisteminin zədələnməsi ilə müşayiət olunur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More