Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.
“Report” xəbər verir ki, komanda C qrupunun sonuncu matçında Ukrayna yıömasını məğlub edib – 21:20.
Azərbaycan millisi qrup lideri kimi 1/4 finala yüksəlib. Seçməmiz bu mərhələdə Çin komandası ilə qarşılaşacaq.
Görüş sabah Bakı vaxtı ilə saat 18:50-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin C qrupunda bu gün keçirdiyi ilk oyunda Sinqapuru da yenib – 22:10. Ötən gün isə A qrupunda Yaponiyanın “Tsukuba” (21:10) və İsveçrənin “Lozanna” (21:11) komandalarını üstələyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.