BMT-nin Fələstin üzrə konfransının vaxtı məlum olub

BMT-nin Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfransı iyulun 28-dən 30-dək Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç bildirib.

Tədbir İsrail və İran arasında münaqişə səbəbindən təxirə salınıb.

İyunun 17-dən 20-dək Səudiyyə Ərəbistanı və Fransa BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə nail olmaq üçün qlobal səyləri inkişafına yönəlmiş yüksək səviyyəli konfrans təşkil etməli idilər. İyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması fonunda Fransa Prezidenti Emmanuel Makron tədbirin logistika və təhlükəsizlik məsələləri səbəbindən təxirə salındığını elan edib.

Ümumilikdə Fələstini BMT-nin 148 üzvü tanıyır. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More