Çexiya Müdafiə Nazirliyi ümumi dəyəri 1,1 milyard dollar olan 185 zirehli avtomobilin alınması üçün tender elan edib.
“Report”un məlumatına görə, bu barədə ČTK agentliyi müdafiə nazirinin müavini František Şultsa istinadən bildirib.
“Bu texnikanın xüsusilə mühəndis qoşunlarında, həmçinin tibb işçilərinin, istehkamçıların və hərbi polisin ehtiyacları üçün istifadə ediləcəyi planlaşdırılır. Artıq 10 şirkətdən çox kvalifikasiya mərhələsində iştirak üçün ilk ərizələrini təqdim edib”, – o bildirib.
Qeyd olunur ki, Çexiya ordusu çəkisi 20 tona qədər olan MRAP sinifinə aid tam ötürücülü avtomobillərin alınmasında maraqlıdır. Avtomobil 10 nəfərə qədər və ya 4 ton yük daşıya bilməlidir, bu zaman daşınan yükün ümumi çəkisi 20 tonu keçməməlidir. Avtomobillərin uzaq məsafələrə daşınması üçün C-130 Hercules təyyarələrindən istifadə edilməsi nəzərdə tutulur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.