Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına və birliyin qazanacağına inanır.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Türkiyə qardaşlığın qazanmasına nail oldu:
“Hər kəs bilsin ki, torpaqlarımızda artıq yumruq sıxmağa ehtiyac qalmayıb. Problem olduqda bu, müzakirə yolu ilə həll ediləcək. Terrorun bitməsi ilə Türkiyə əvvəlkindən daha güclü və təhlükəsiz olacaq. Təbii sərvətlərimizi terrorla mübarizə üçün yox, dövlətimizin inkişafı üçün sərf edəcəyik”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.