Hələbdə silah anbarının partlaması nəticəsində azı 5 nəfər ölüb

Suriyanın şimalında Hələb şəhəri yaxınlığında silah anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mülki müdafiə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Suriyanın keçmiş hava hücumundan müdafiə bazasında döyüş sursatının partlamasına nəyin səbəb olduğu – anbarda baş verən yanğın və ya İsrail Hərbi Hava Qüvvələrinin ona endirdiyi zərbə hələlik məlum deyil.

Şahidlərin bildirdiyinə görə, partlayışın baş verdiyi Neyrab bölgəsində hərbi obyektin yaxınlığında yerləşən bir neçə binaya ziyan dəyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More