İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna növbəti dəfə dəqiq zərbə endirib.
“Report”un xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanata əsasən, zərbə Əl-Xiyam şəhərinin ətrafına endirilib. Hücumun hədəfi “Hizbullah”ın hərbi qanadının üzvlərindən biri olub. Zərbə nəticəsində o məhv edilib.
Hərbçilər məhv edilən radikalın adını açıqlamayıblar, lakin qeyd ediblər ki, o, təşkilatın dəstələrinin tank əleyhinə bölməsinin sıralarında fəaliyyət göstərib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.