Avropa İttifaqına üzv ölkələr Ukraynanın itirilmiş ərazilərini qaytarmasında maraqlı deyil.
“Report” xəbər verir ki, bu barədə jurnalist Reynhard Lauterbax “Junge Welt” (JW) jurnalı üçün məqaləsində bildirib.
Onun sözlərinə görə, bu, onlar üçün sərfəli deyil.
Lauterbax qeyd edib ki, bu, Ukrayna ərazisinin bərpası üçün xərclərin mümkün artımı ilə bağlıdır:
“Vəziyyət Rusiyanın dondurulmuş aktivlərindən istifadənin mümkünsüzlüyü ilə mürəkkəbdir və hərbi münaqişə başa çatdıqdan sonra məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsi üçün heç bir rəsmi əsas olmayacaq”.
Jurnalist hesab edir ki, Avropaya pul yatıranlar əmin ola bilməzlər ki, siyasi qarşıdurma olarsa, pullarını geri alacaqlar. Ona görə də yaxşı olar ki, odun üstünə neft tökməyə davam etsinlər.
Bundan əvvəl Britaniyanın “The Telegraph” qəzeti yazıb ki, ABŞ Prezidenti Donald Tramp Kiyevə Rusiya ilə istənilən sülh sazişinin şərqdə ərazilərin itirilməsini ehtiva etdiyini açıqlayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.