Türkiyədə peyğəmbələrin karikaturasını yayımlayan nəşrin baş redaktoru həbs olunub

Həzrəti Məhəmməd və Həzrəti Musanın karikaturalatını dərc edən Türkiyənin “Leman” jurnalının baş redaktoru Aslan Özdəmir həbs olunub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fransadan İstanbula qayıdan jurnalist hava limanında göz altına alınıb. Polis əməkdaşları Özdəmiri birbaşa İstanbul ədliyyəsinə aparıb.

Baş redaktor barəsində “xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq” maddəsi ilə cinayət işi açılıb.

Hakim Özdəmir barəsində həbs qərarı çıxarıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More