2024-cü ildə Avropa İttifaqı Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox pul xərcləyib.
“Report”un məlumatına görə, bunu “La Repubblica” qəzetinə müsahibəsində Avropa komissarı Dan Yorgensen deyib.
“Hələ 2024-cü ildə biz Rusiyadan qaz almağa Ukraynaya yardımın ümumi məbləğini üstələyən bir məbləğ xərcləmişdik”, – deyə o, bunu paradoks adlandırıb.
Avropa komissarı Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək məqsədini təsdiqləyib. O, həmçinin yeni asılılığa düşməmək üçün alternativ bərpa olunan və nüvə enerjisinin inkişafının vacibliyini qeyd edib.
“Ehtiyatlı olmalıyıq ki, bir asılılıqdan digərinə keçid səhvini təkrarlamayaq, ona görə də enerji təchizatı mənbələrimizi şaxələndiririk. İndi bizim ilk qaz tədarükçümüz Norveçdir, onun ardınca ABŞ gəlir və hələlik biz bundan məmnunuq”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.