Braziliyalı məşhur futbolçu karyerasını Qətərdə davam etdirəcək

İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı hücumçu “Əl-Sədd”də çıxış edəcək.

Qeyd edək ki, braziliyalı forvard 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasının formasını geyinib. O, 65 matçda 21 qol bə 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More