Di Maria doğma klubunda ilk oyunda ciddi zədə alıb

Anxel Di Mariya “Rosario Sentral” klubuna qayıtdıqdan sonra ilk matçında zədələnib.

“Report”un məlumatına görə, Argentina çempionatında “Rosario Sentral” “Qodoy Krus” ilə heç-heçə edib (1:1).

79-cu dəqiqədə Di Mariya penaltini reallaşdırıb, 10 dəqiqə sonra isə zədə səbəbindən əvəzlənib.

Futbolçu meydanı özü tərk edə bilməyib və onu xərəklə aparıblar.

Di Mariya “Rosario Sentral” klubunun akademiyasının məzunudur. O, 2006-2007-ci illərdə adıçəilən klubun əsas heyətində oynayıb. Bu müddət ərzində Di Maria bütün turnirlərdə 39 matçda iştirak edib, altı qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More