Filippin səfiri: Azərbaycan Asiya regionunda uğurlu siyasət yürüdür

Azərbaycan Asiya regionunda uğurlu siyasət yürüdür.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Filippinin Azərbaycandakı qeyri-rezident səfiri Henri Jr. Bensurto (Henry Bensurto) açıqlamasında bildirib.

Səfir deyib ki, Azərbaycan hazırda dünyada qlobal güc rolunu gerçəkləşdirir və bunu əhəmiyyətli hesab edir: “Bakıya sonuncu dəfə COP29-da iştirak üçün getmişdim. Orada nümayəndə heyətinin rəhbərini müşayiət edirdim. Bu tədbirdə Azərbaycanın Asiya bölgəsinə göstərdiyi marağı müşahidə etdim.

Azərbaycanın qlobal gücünü artırması siyasəti COP29 daxil olmaqla digər beynəlxalq konfranslar konteksində də həyata keçirilir. Düşünürəm ki, bu doğru istiqamətdir. Azərbaycanın Asiya bölgəsində izlədiyi siyasəti yüksək qiymətləndirirəm”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More