Filippinlə Azərbaycan viza məsələsinin sadələşdirilməsi üzrə müzakirə aparacaq

Bu ilin sonlarında Azərbaycanla Filippin arasındakı viza mövzusu müzakirə olunacaq.

Bu barədə “Report”un Türkiyə bürosuna açıqlamasında Filippinin Azərbaycandakı qeyri-rezident səfiri Henri Jr. Bensurto (Henry Bensurto) açıqlamasında bildirib.

H.Bensurto deyib ki, Azərbaycan-Filippin münasibətlərinin gənc olmasına baxmayaraq, əlaqələr yaxşı səviyyədədir və bunun yüksək səviyyəyə çatması üçün səylərini əsirgəmir: “Ölkələrimiz arasında viza mübadiləsinin asanlaşması, yalnız diplomatlarımıza deyil, sadə vətəndaşlarımıza qarşılıqlı səfər etmək imkanı verəcək. Bu məsələ Azərbaycan hökuməti ilə davam edən danışıqların bir parçasıdır. Bununla əlaqədar Azərbaycan hökuməti ilə birlikdə ikitərəfli planlaşdırılmış məsləhətləşmələrimiz var. Ümüd edirəm ki, müzakirələrdə Azərbaycan ilə Filippin arasında vizaların alınmasının asanlaşdırılması istiqamətində uyğun qərar qəbul ediləcək”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More