Fransada məhbus həbsxanadan çantada gizlənərək qaçıb

Fransanın cənub-şərqindəki Korba şəhərindəki həbsxanadan 20 yaşlı məhbus azadlığa çıxan kamera yoldaşının əşyaları olan çantada gizlənərək qaçmağı bacarıb.

Bu barədə “Report” BFMTV kanalına istinadən xəbər verir.

Qeyd olunub ki, həbsxana rəhbərliyi hadisədən bir gün sonra xəbərdar olub.

Məhbus, insan alveri və oğurluq da daxil olmaqla bir neçə cinayətə görə cəza çəkib və həmçinin mütəşəkkil cinayətkarlıqla əlaqədə olduğu üçün istintaq altında olub. Hadisə ilə bağlı Penitensiar Müəssisə daxili araşdırmalara başlayıb.

Onun rəhbəri Sebastiyan Kovelin “BFMTV”yə verdiyi məlumata görə, bu, çox nadir haldır və bir sıra ciddi pozuntuları göstərir. Qurum rəhbərliyinin nümayəndəsi bildirib ki, hazırda həbsxana 170 faiz doludur. Bundan əlavə, qaçışla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More