İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “HƏMAS” və “İslami Cihad” radikal qruplaşmalarının bir neçə səhra komandirini öldürüb.
“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, son iki həftə ərzində İsrail ordusu “HƏMAS”ın hərbi qanadı və “İslami Cihad” terror təşkilatının müxtəlif bölmələrindəki bir sıra komandirləri zərərsizləşdirib.
Belə ki, bu bölmələr terror təşkilatlarının hərbi potensialının bərpası istiqamətində fəaliyyət göstərib.
Mətbuat xidməti əlavə edib ki, öldürülən radikallar silah istehsalı üçün qərargah və “HƏMAS”ın hərbi kəşfiyyat bölməsini yenidən yaratmağa çalışıblar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.