“Liverpul” İngiltərə millisinin üzvü üçün klubuna son təklifi edib

“Liverpul” İngiltərə millisinin futbolçusu Mark Qehi üçün klubu “Kristal Pelas”a son təklifini edib.

“Report” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi 25 yaşlı müdafiəçiyə görə 40 milyon funt-sterlinq (təxminən 46 milyon avro) ödəməyə hazırdır. Oyunçunu özü də “qırmızılar”a keçmək istəyir.

Qeyd edək ki, Mark Qehi ötən mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More