Xorvatiyalı futbolçu Luka Modriçin İtaliya təmsilçisi “Milan”la müqavilə imzalayacağı tarix bəlli olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, iyulun 14-də baş tutacaq.
39 yaşlı yarımmüdafiəçi həmin gün ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən İspaniyanın “Real” klubunda çıxış edib. O, 2024/2025 mövsümündə komandada 62 oyuna 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.