ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən dörd komanda əfsanəvi oyunçu Lebron Ceymsi heyətinə qatmaq istəyir.
“Report” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Həmin klublar 40 yaşlı basketbolçunun agenti Riç Paulla əlaqə də saxlayıblar. Lakın onların adları açıqlanmayıb.
Qeyd edək ki, Lebron Ceyms 2018-ci ildən “Los Anceles Leykers”də çıxış edir. O, ABŞ millisi ilə üç dəfə Yay Olimpiya Oyunlarının qalibi olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.