Saray qəsəbəsində sexdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində hər birinin tutumu 200 litr olan 6 ədəd dəmir çəlləklərin içərisində həlledici qalıqları, 10 p.m. elektrik kabeli, 20 ədəd taxta tara, ümumi sahəsi 1500 m² olan birmərtəbəli toz boya istehsalı sexinin içərisində 2 m² sahədə karton qutular yanıb.

Sex yanğından mühafizə olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More