Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb.
Bu barədə “Report” “Hürriyet”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib.
Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.