ABŞ-də Kentukki ştatının Leksinqton şəhərində yerləşən Baptist kilsəsində baş verən atışmada iki nəfər ölüb, silahlı şəxs isə zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşar bildirib.
“Riçmond-Road üzərindəki Baptist kilsəsində baş verən atışmanın iki nəfərin ölümünə səbəb olduğunu bildirməkdən kədərlənirəm. Kentukki ştatının polisi də daxil olmaqla, digər yaralılara yaxınlıqdakı xəstəxanada tibbi yardım göstərilir. Silahlı şəxs öldürülüb”, – deyə o bildirib.
Qeyd edək ki, Kentukki ştatında silahlı şəxs öncə polis əməkdaşına, daha sonra Baptist kilsəsinə gedərək burada ibadət edənlərə atəş açıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.