Azərbaycan boksçusu Abbasqulu Şadlinski (75 kq) Portuqaliyada qızıl medal qazanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, milli üzvü Braqada keçirilən beynəlxalq turnirin qalibi olub.
Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.
O, finalda isə bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.