Danimarka Avropa Müdafiə Agentliyi (EDA) vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə peyk xidmətləri təqdim edəcək.
“Report”un məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Danimarka Ukraynaya dəstəyində daha bir addım atır, ilk dəfə olaraq Avropa Müdafiə Agentliyi vasitəsilə Ukrayna müdafiəsinə Avropa istehsalı olan peyk xidmətlərini bağışlayır”, – mətbuat açıqlamasında deyilir.
Nazirlik bildirib ki, Ukrayna üçün qəbuledici terminallara giriş genişləndiriləcək, Ukrayna Silahlı Qüvvələri bunlardan peyk rabitəsinə çıxış üçün istifadə edə biləcək ki, bu da hərbi əməliyyatların aparılması üçün “həlledici əhəmiyyət kəsb edə bilər”.
Qeyd olunur ki, EDA digər Avropa İttifaqı ölkələrinin Danimarkanın nümunəsini izləyəcəyini və oxşar tədbirləri nəzərdən keçirəcəyini gözləyir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.