DİN ikitəkərli nəqliyyat vasitələri sürücülərini qaydalara riayət etməyə çağırıb

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxslər barəsində ciddi intizam tədbirləri görülür.

“Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq”, – deyə məlumatda vurğulanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More