Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada işgüzar səfərdədir.
“Report” xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Yelisey sarayında Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən Parisə yollanıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bu gün o, daha əvvəl növbəti dəfə İrəvana dövlət səfərinə dəvət etdiyi Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
Qeyd edək ki, N.Paşinyan bu gün Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüş keçirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.