İranda alkoqollu içkilərdən ölənlərin sayı artıb

İranda alkoqollu içkilərdən istifadə ilə əlaqədar qaraciyər xəstəliklərindən ölənlərin sayı artıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranda aparılan yeni araşdırmada bildirilib.

Məlumata görə, bu artım qadınlar və gənclər də daxil olmaqla bəzi qruplarda daha sürətlə baş verir.

Yeni araşdırmaya görə, alkoqol istifadəsi ilə əlaqəli qaraciyər xəstəliklərindən (AQX) ölüm halları 2018-2022-ci illər arasında ildə təxminən 9 faiz artıb. 2006-2018-ci illər arasında isə bu göstərici ildə 3,5 olub.

Ekspertlərin fikrincə, bu artım, COVID-19 pandemiyası zamanı alkoqol istehlakının artması, həmçinin piylənmə və yüksək qan təzyiqi kimi digər uzunmüddətli sağlamlıq problemləri ilə əlaqədardır.

Bildirilib ki, kişilər hələ də ən çox ölüm sayına malik olsalar da – 100 min nəfərdə 17, qadın ölüm hallarının artım tempi daha yüksək olub. 2022-ci ildə 100 min qadından 8-i AQX-dən ölüb. Araşdırma dövründə isə bu göstərici 100 min nəfərdə 3 olub. Qadın ölüm halları hər il təxminən 4,3 artır. Bu da kişilərin ölüm halları göstəricisindən demək olar ki, iki dəfə çoxdur.

Tədqiqatçıların məlumatına görə, bu qruplarda hepatitdən ölüm halları 2010-2022-ci illər arasında iki dəfədən çox artıb.

Hesbata əsasən, alkoqolla əlaqəli hepatitdən ölüm hallarının ən böyük illik artımı 25-44 yaş arası insanlar arasında müşahidə edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More