İsrail və Fələstin xarici işlər nazirləri Aİ iclasında iştirak edəcək

İsrailin xarici işlər naziri Gideon Saar və Fələstinin xarici işlər naziri Varsen Ağabəyyan Şahin Avropa İttifaqının (Aİ) cənub qonşuları ilə bu gün Brüsseldə baş tutacaq görüşündə iştirak edəcəklər.

Bu barədə “Report” “Əl-Cəzirə”yə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, bu, 2023-cü ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatların başlanmasından sonra İsrail və Fələstin nazirlərinin eyni zalda yüksək səviyyəli tədbirdə görüşəcəkləri ilk belə haldır.

Ramallahda yerləşən Fələstin Administrasiyası xarici işlər nazirinin iştirakını təsdiqləsə də, gündəmə onun israilli həmkarı ilə ayrıca görüşün daxil olması barədə mətbuatda yayılan xəbərləri təkzib edib.

İsrail Xarici İşlər Nazirliyindən verilən məlumata görə, xarici işlər naziri Gideon Saar səfəri çərçivəsində Aİ-nin xarici işlər naziri Kaya Kallas və Aİ-nin Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa ilə də danışıqlar aparacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More