Jorje Jezuş “Əl-Nəsr”in baş məşqçisi təyin edilib

Portuqaliyalı mütəxsəssis Jorje Jezuş Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun baş məşqçisi təyin edilib.

“Report”un xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti açıqlanmayıb.

Xatırladaq ki, iyulun 25-də “Əl-Nəsr” 2024-cü ilin sentyabrından komandanı çalışdıran italiyalı Stefano Piolinin baş məşqçi postundan getdiyini elan edib.

Jezuşun 70 yaşı var, o, 2023-2025, , həmçinin 2018-2019-cu illərdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda üç dəfə Səudiyyə Ərəbistanı Superkubokunu, bir dəfə ölkə çempionluğunu və kuboku qazanıb. Daha əvvəl Jesuş “Benfika”, “Flamenqo”, “Fənərbağça” və digər klubların sükanı arxasında olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More