İsrail ordusu İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qanadının zabitlərini Suriyada həyata keçirdiyi əməliyyat nəticəsində həbs edib.
“Report” xəbər verir ki, məlumatı “Azad İran ” yayıb.
Bildirilib ki, əməliyyat İranın İsrailə qarşı planlaşdırdığı hücumun qarşısını almaq məqsədi daşıyıb. Həbs edilən Sepah zabitləri İsrailə aparılıb.
Hərbi əməliyyat gecə saatlarında başlayıb və Qüds qanadının zabitləri yatarkən bir neçə nöqtədə eyni anda həyata keçirilib.
İsrailli komandanlar bildiriblər ki, əməliyyat uzunmüddətli kəşfiyyat və planlaşdırmanın nəticəsidir. Onların sözlərinə görə, İranın bölgədəki terror şəbəkəsinin ifşası baxımından əhəmiyyətlidir. İsrail ordusu əməliyyatın Suriyada İranın təsirini zəiflətmək üçün mühüm addım olduğunu vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.