“Neftçi”nin Polşada üz-üzə gələcəyi daha iki rəqibi açıqlanıb

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

“Ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel” (Təl-Əviv), 22-də isə Polşanın “Termalitsa” (Nyeçetşa) klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırlıq prosesinə iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komandanın digər yoxlama görüşləri iyulun 27-də “Asteras” (Tripolis, Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More