Ermənistan baş naziri Nikol Paşinyan iyulun 14-də Brüsselə işgüzar səfərə yollanıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bu gün N.Paşinyanın Avropa İttifaqı (AI) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə üçtərəfli görüşü planlaşdırılır.
Ermənistan baş naziri həmçinin Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Belçikanın Baş naziri Bart de Vever ilə görüşəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.