Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Qazax rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı, 1979-cu il təvəllüdlü Ə.Nurməmmədov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More