Bloger Subo (əsl adı – Sübhan Məmmədov), xüsusilə böyük məbləğdə – 50 milyon rubl vergi ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda şübhəli bilinərək axtarışa verilib.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.
O, 10 ilədək azadlıqdan məhrum edilə bilər.
“Hazırda bloger axtarışa verilib”, – məlumatda bildirilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.