Rusiyada azyaşlı idmançını döyən məşqçi 1 il 5 ay müddətinə islah işlərinə cəlb olunub

Rusiyada azyaşlı idmançını döyən məşqçi 1 il 5 ay müddətinə islah işlərinə cəlb olunub.

“Report” xəbər verir ki, bu barədə Kalininqrad məhkəməsi məlumat yayıb.

Hadisə 2024-cü ildə baş verib. Döyüş sənətləri üzrə məşqçi məşq zamanı narazı qaldığı 12 yaşlı yeniyetməni plastik boru ilə döyüb. Nəticədə idmançı həm ayaq, həm də baş nahiyəsindən xəsarətlər alıb.

Bu səbəbdən məşqçinin 2 il müddətinə yetkinlik yaşına çatmayanlara məşq keçməsinə qadağa qoyulub. Üstəlik, aylıq məvacibinin 15 faizi dövlət tərəfindən tutulmaqla 1,5 il müddətinə islah işlərinə cəlb edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More