Rusiyada çimərliyə ildırım düşüb, üç nəfər ölüb

Rusiyanın Tula vilayətində çimərlikdə istirahət edənlər ildırım vurması nəticəsində həlak olublar.

“Report” xəbər verir ki, bu barədə yerli KİV Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More